Tərcüməçi Ziya Muradov dağ yürüşündə ÖLDÜ - YENİLƏNİB

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.
Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.
***10:48
"Qanun" nəşriyyatının tərcüməçisi Ziya Muradovun ölüm səbəbi məlum olub.
Avtosfer.az Lent.az-a istinadən bildirir ki, mərhum Ziya Muradov ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, hadisə avqustun 2-də Qubanın Xanagah kəndi ərazisində, dağ yürüşü zamanı baş verib.
Hazırda faktla bağlı prokurorluq tərəfindən araşdırmalar davam etdirilir.
***
"Qanun" nəşriyyatının tərcüməçisi Ziya Muradovun ölümü ilə bağlı xəbər yayılıb.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Ziya Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatını itirib.
Ziya Muradovun bacısı Aytən xanım bildirib ki, hazırda Parisdə yaşayır və qardaşının ölüm xəbərini aldıqdan sonra ailəsinin yaşadığı Qazax şəhərinə gedib.
Onun sözlərinə görə, ailə Ziya Muradovun ölümünün bəzi məqamlarının müəmmalı olduğunu düşünür və hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edib.
Mərhumun bacısı, həmçinin Ziya Muradovun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə onun qəbrinin eksqumasiya olunmasını istədiklərini bildirib.
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












