Terrorçuluqda təqsirləndirilən şəxsə hökm oxunub

Xarici ölkənin ərazisində müxtəlif silahlı qruplaşmaların tərkibində terrorçuluq əməlləri törətməkdə təqsirləndirilən Rəşad Mürsəlov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, 1990-cı ildə Tovuz rayonunun Xatınlı kəndində doğulmuş Rəşad Mürsəlov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.
İttihama görə, o, xarici ölkədə fəaliyyət göstərən cinayətkar birliyin tərkibində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində digər dövlətin ərazisində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak edib.
İttihamda qeyd olunub ki, Rəşad Mürsəlov həmin müddət ərzində cinayətkar təşkilatın tərkibində AR Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq əməllərinin törədilməsi məqsədilə odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan istifadə hazırlığı üzrə təlim alıb.
O, AR Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə ölkə hüdudlarından kənarda təlim keçmə), 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












