Tərtərdə anasının gözü qarşısında qardaşını öldürən şəxsə hökm oxunub

Tərtərdə anasının gözü qarşısında qardaşını öldürməkdə təqsirləndirilən Sədi Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Sədi Əliyevə verilmiş ittiham üzrə 120.2.4-cü maddə 120.1-ci maddəyə tövsif olunub. Ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Tərtər rayonunda baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü Abil Əliyevin öldürülməsi fakı ilə bağlı prokurorluğa məlumat daxil olub. İbtidai istintaqla Sədi Əliyevin qardaşı Abil Əliyevi aralarında yaranmış mübahisə zamanı analarının gözü qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sədi Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












