Texasda yüngülmühərrikli təyyarə yaşayış evinin damına çırpıldı
Hadisə
21 İyul 2026 17:39

ABŞ-nin Texas ştatında "Piper J-3 Cub" markalı yüngülmühərrikli təyyarə yaşayış evinin damına sərt eniş edib. Hadisə iyulun 20-də, bazar ertəsi səhər saatlarında Fort-Bend dairəsinin Fulşir ərazisində qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "USA Today" nəşri məlumat yayıb.
Rəsmi qurumların məlumatına görə, ikiyerlik hava gəmisi yaxınlıqdakı uçuş-eniş zolağına qonmağa cəhd edib. Təyyarədə sadəcə pilot olub. O, yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara əsasən, evdə olanlar arasında zərərçəkən yoxdur.
Yayımlanan fotolarda damın üzərində dayanaraq bir qanadı ilə yerə söykənən sarı rəngli təyyarə əks olunub. Federal Mülki Aviasiya İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oxunub : 362
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:30
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
13 Noyabr 2026 12:06
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
13 Noyabr 2026 11:11
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
13 Noyabr 2026 10:23
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
13 Noyabr 2026 09:36
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
12 Noyabr 2026 17:47
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
12 Noyabr 2026 14:06
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
12 Noyabr 2026 12:30
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
12 Noyabr 2026 11:36
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
10 Noyabr 2026 10:42
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
9 Noyabr 2026 23:30
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
9 Noyabr 2026 13:11
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
ŞƏRH YAZ












