"TikTok"da canlı yayım açdı, söyüş söyən həmkəndlisini çayxanada döydü

Samux rayonunda çayxanada dava düşüb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində yerləşən "Qırmızı çayçı"adlanan obyektdə baş verib.
Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Mirzaman Məmmədov "TikTok" sosial şəbəkəsində canlı yayım açıb pul qazanırmış. O, bir neçə gün öncə canlı yayımda olarkən, həmkəndlisi Nicat Qasımov onu söyüb. Mirzaman "TikTok"da onu blok edib. Səhər Mirzaman kənd ərazisində "Qırmızı çayçı" adlanan obyektdə olarkən, N.Qasımov çayxanaya gəlib, Mirzaman və onun dostu ilə rastlaşıb. Mirzaman ondan niyə söyüş söydüyünü soruşub və nəticədə dava düşüb. Dava zamanı Mirzaman Nicat Qasımovu döyüb. N.Qasımov hadisə yerindən qaçmaq istəyərkən, Mirzamanın dostu onu tutaraq qaçmasına imkan verməyib. Mirzaman yenidən Nicatı döyməyə başlayıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edilərək, məhkəməyə göndərilib. Samux Rayon Məhkəməsinin qərarı ilə Mirzaman 30 sutka inzibati qaydada həbs edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












