"TikTok"da deputatları və icra başçılarını söydü - 10 sutka həbs olundu

"TikTok" sosial şəbəkəsində millət vəkillərinin, icra başçılarının və digər məmurların ünvanına söyüşlər yazan şəxs həbs olunub. Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1988-ci ildə Göyçay rayonunda anadan olmuş T.S. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs "TikTok"da "TeymurSalahov023" istifadəçi adı ilə millət vəkillərinin, icra başçılarının və digər məmurların ünvanına söyüşlər yazıb. Məhkəmənin hökmü ilə T.S. 10 gün inzibati həbs olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












