“TikTok”da hədiyyə və baxış üçün özlərini təhlükəyə atırlar - XƏBƏRDARLIQ - VİDEO

Sosial şəbəkələrdə daha çox baxış toplamaq, canlı yayımlarda "jeton" və digər virtual hədiyyələr qazanmaq istəyi bəzi yeniyetmələri həyatlarını təhlükə altına atan hərəkətlərə sövq edir.
Avtosfer.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan görüntülərdə yeniyetmələrin axını güclü olan çaylara, su kanallarına və digər təhlükəli su hövzələrinə, xüsusilə də körpülərin üzərindən tullanaraq bunu videoya çəkdikləri müşahidə olunur. Həmin görüntülərin daha sonra sosial platformalarda paylaşılması və izləyici toplamaq məqsədi daşıdığı bildirilir.
Mütəxəssislərin fikrincə, bu cür davranışlar son dərəcə təhlükəlidir. Suyun dərinliyinin əvvəlcədən məlum olmaması, suyun altında beton konstruksiyalar, metal hissələr və digər maneələrin yerləşməsi, eləcə də güclü axının insanı nəzarətsiz şəkildə aparması hər an ağır xəsarət və ya faciə ilə nəticələnə bilər.
Bundan əlavə, təhlükəli hərəkətlərin sosial şəbəkələrdə sürətlə yayılması digər yeniyetmələrin də eyni davranışı təkrarlamasına səbəb olur. Belə hallarda bir anlıq populyarlıq arzusu geri dönüşü olmayan nəticələr doğura bilər.
Mütəxəssislər valideynləri övladlarının internetdə izlədiyi məzmunlara, qoşulduqları trendlərə və asudə vaxtlarını harada keçirdiklərinə daha ciddi nəzarət etməyə çağırırlar. Bildirilir ki, uşaqlarla mütəmadi söhbət aparılması, onlara bu cür riskli davranışların mümkün nəticələrinin izah edilməsi və təhlükəsizlik qaydalarının aşılanması bu kimi hadisələrin qarşısının alınmasında mühüm rol oynayır.
Eyni zamanda vurğulayırlar ki, sosial şəbəkələrdə qısa müddətli məşhurluq naminə həyatı riskə atmaq heç bir halda qəbulolunan davranış deyil və təhlükəsizlik hər zaman baxış sayından daha önəmli olmalıdır.
Eltac Zülfüqaroğlu
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












