Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar - VİDEO

Rusiyanın Moskva şəhərindəki Şeremetyevo hava limanında iki qadın sərnişin uçuşa hazırlaşan təyyarəyə çatmaq üçün çamadanları ilə birlikdə uçuş-enmə zolağına qaçıb.
Avtosfer.az xəbər verir ki, “Aeroflot” aviaşirkətinin təyyarəsi hərəkətə başlayarkən qadınlar onun arxasınca qaçıblar.
Qadınların təyyarəni dayandırmaq cəhdi hava limanı əməkdaşlarının müdaxiləsi ilə başa çatıb. Təhlükəsizlik əməkdaşları və polis onları uçuş-enmə zolağından uzaqlaşdırıb. Təyyarə isə qısa müddət sonra hava limanını tərk edib.
Hadisədən sonra qadınların kimliyi və nə üçün belə addım atdıqları da məlum olub. Onların Türkiyə vətəndaşları olduğu və Bodrumda keçiriləcək bacılarının toyuna getdikləri müəyyənləşib.
Qadınlardan biri toyun Muğlanın Bodrum rayonunda keçiriləcəyini bildirib. Uçuşu qaçırmamaq üçün təyyarənin arxasınca qaçan qadınlar buna baxmayaraq təyyarəyə minə bilməyiblər.
Hadisə hava limanının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Qadınlar saxlanıldıqdan sonra təhlükəsizlik qaydalarını pozduqları üçün barələrində inzibati tədbir görülüb və cərimələniblər.
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












