Toydan qayıdan həmkəndlilərin avtobusda mübahisəsi qanla nəticələndi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Natiq Səttarovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Natiq Səttarov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci ildə Ağstafa rayonu, Köçəsgər kəndində baş verib.
Belə ki, Natiq Səttarov Ağstafa şəhərindən toydan kəndə qayıdarkən avtobusda zərərçəkmiş Nazim Ələkbərovla (soyadı şərtidir) mübahisə edib. Zərərçəkmiş baş verən insidentlə bağlı təqsirləndirilən şəxsə iradını bildirib. Daha sonra söhbət Nazimin evinin qarşısında küçədə davam edib. Bu zaman Natiq əsəbiləşərək onun qarın nahiyəsinə bir dəfə kəsici-deşici alətlə zərbə vurub. Nəticədə zərərçəkmişdə qarının ön divarının boşluğa keçən iti alət yarası və köndələn çənbər bağırsağın zədələnməsi müşahidə olunub.
Hadisədən sonra Natiq Səttarov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












