Üç nəfərin güllələndiyi hadisəyə görə azərbaycanlı tutuldu - FOTO

Martın 27-də Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Ömerağa məhəlləsində 3 nəfərin güllələnərək öldürüldüyü hadisənin istintaqı davam etdirilir.
Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, əyləncə mərkəzindəki cinayətlə bağlı ümumilikdə 9 nəfər saxlanılıb.
Əyləncə mərkəzinin 42 yaşlı sahibi Volkan Berberoğlu, yoldan təsadüfən keçən 49 yaşlı Cemil Özer və təqaüddə olan polis Talip Çakırın öldürüldüyü hadisəni törədən şəxslərin kimliyi hələlik açıqlanmır.
Bildirilib ki, avtomobillə hadisə yerinə yaxınlaşan şəxslər qəfil atəş açmağa başlayıblar. Gülləbaran nəticəsində 3 nəfər yerindəcə ölüb.
Polis dərhal kameraları araşdırmağa başlayıb və həmin şəxslərin hadisə yerindən 950 metr aralıda yerləşən dönərxanada oturduqları üzə çıxıb. Onlar daha sonra İstanbula doğru hərəkət ediblər.
Cinayətkar qruplaşmada iştirak edən Azərbaycan vətəndaşı da daxil olmaqla 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












