Üç oğlunu qəza nəticəsində itirən ana, ürək tutmasından vəfat etdi

Aksarayın Eskil rayonunda dəhşətli ailə faciəsi yaşanıb.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, beş gün əvvəl yol qəzasında üç oğlunu itirən 65 yaşlı Vesilə Çıracı, bu gün evində qəfil keçirdiyi ürək tutması nəticəsində həyatını itirib. Beləliklə, ailə cəmi bir ay ərzində dördüncü ağır itki ilə üzləşib.
Hadisə Gölyazı Yaylasında baş verib. 23 oktyabr tarixində Azmi (35), Salih (33) və Tamer Çıracı (23) qardaşlarının olduğu 68 AET 449 nömrə nişanlı avtomobil, qarşı istiqamətdən gələn 68 ABE 988 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində üç qardaşın hər biri hadisə yerində həyatını itirib.
Bu böyük itkinin sarsıntısı içində olan ana Vesilə Çıracı da bu gün evində ürək tutması keçirib və xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq vəfat edib.
Bundan əlavə, qəzada ölən qardaşlardan Azmi Çıracının 16 yaşlı oğlu Ruhi Can Çıracının da 17 oktyabrda — yəni qəzanın baş verdiyi yerə yaxın bir ərazidə işlədiyi mebel sexində baş vermiş iş qəzasında həyatını itirdiyi müəyyən edilib.
Ailə dərin hüzn içindədir. Hadisələrlə bağlı araşdırma aparılır.(Sonxeber.az)
Novxanı çimərliyində sürücülərə qarşı "xəndək" maneəsi - VİDEO
Pişiyinin qisasını almaq istədi: 6 avtomobili yandırdı – VİDEO
"TikTok"da söyüşə görə başlayan mübahisə parkda bıçaqlanma ilə bitdi - 13 il həbs
Şəkidə taxıl sahələrində yük maşınları yandı - FOTOLAR
Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Məzun gecəsi qalmaqalı: Təşkilatçı şirkətin rəhbərliyi polisə çağırıldı?
Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO










