Üç rəqifə sərxoş halda barı yandırdı; 75 minlik ziyan dəydi - VİDEO

Qisas məqsədilə barı yandırmağa çalışan üç rəfiqə saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Kemerovo vilayətində baş verən hadisə ərazidəki müşahidə kamerası tərəfindən qeydə alınıb. Məlumata görə, spirtli içkinin təsirindən özlərini idarə edə bilməyən rəfiqələr getdikləri əyləncə məkanında səs-küy salaraq qalmaqal törədiblər. Məkanın mühafizəçisi dərhal müdaxilə edərək aqressiv qadınları çölə çıxarıb. Lakin bu hərəkətdən qəzəblənən rəfiqələr geri çəkilmək istəməyiblər. Onlar yaxınlıqdan benzin kanistri taparaq içindəki yanacağı binanın bir hissəsinə töküblər və oranı yandırıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin binanın divarları və işıq kabelləri zədələnib. Bundan əlavə, kafenin yaxınlığında dayanan bir avtomobil tamamilə yanaraq kül olub.
Ümumi ziyanın həcmi 4 milyon rubl (təxminən 75 000 AZN) dəyərində qiymətləndirilir.
Dindirilmə zamanı saxlanılan qadınlar əməllərini qəribə bəhanə ilə əsaslandırmağa çalışıblar. Onlar mühafizəçinin onları çölə atmaqla "axşam istirahətlərini ədalətsiz şəkildə yarıda kəsdiyini" və buna görə incidiklərini bildiriblər.
Hazırda faktla bağlı araşdırma yekunlaşıb və iş məhkəməyə göndərilib.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












