Banner

Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı

Hadisə 13 Noyabr 2026 16:18
Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı
WhatsApp kanalımıza abunə olun

2026-cı il noyabrın 13-də Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Avtosfer.az bildirir ki, toplantını giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq, bəzi VK üzvlərinin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunmaları, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Daha sonra Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan çıxarılıb, 2 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh