Uşaq evində yaşyarımlıq Ömür nədən ölüb? - VİDEO - YENİLƏNİB

Fevralın 14-ü Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” Uşaq Evində ölüm hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, yaşyarımlıq körpə Ömür Zeynovun halı qəfil pisləşib və vəfat edib.
İddiaya görə, valideyn himayəsindən məhrum olan körpənin ölümünə qızılca xəstəliyi səbəb olub.
Uşaq evinin yaşca böyük sakini bildirib ki, Ömür bir neçə gün imiş ki, soyuqlayıbmış və ona ilkin tibbi yardım elə müəssisədə göstərilib: “O, körpəliyindən bizdə böyümüşdü. Ömür qızılcaya yoluxmuşdu, yavaş-yavaş sağalırdı, hər şey qaydasında idi. Vəziyyəti pisləşməzdən əvvəl yemək yeyirdi, uşaqlarla oynayırdı, hətta anası da yanında idi. Hadisə birdən-birə oldu, gördük ki, uşaq keçinib. Təcili tibbi yardım çağırdıq, maşında vəfat etdi. Ayrı otaqda saxlanılırdı, dərmanları, yeməyi 7/24 təmin olunurdu”.
Uşaq evinin direktoru Kazım İsmayılov da faktı təsdiqləyib və bildirib ki, hadisə baş verən an uşağın anası da orada olub: “Təcili yardımdan deyildi ki, çağırış ünvanına gələndə uşaq dünyasını dəyişmişdi. Saturasiya göstərirdi deyə düşünüblər ki, xəstəxanaya çatdırmaq mümkün olar. Ömürün anası ilə də əlaqə saxlamışdıq. Bildirmişdik ki, körpə nasazdır. Hətta öz ifadəsi də prokurorluqda var. Xəstəxanaya yerləşdirib müalicə etdirmək istəyirdik, valideyni etiraz etsə belə, onu edəcəkdik. Sadəcə ani oldu, halı qəfil pisləşdi, dünyasını dəyişdi”.
K.İsmayılov qeyd edib ki, hadisə ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu bölməsinə müraciət olunub: “Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, fevralın 14-ü saat 13:50 radələrində mərkəzə Şuşa şəhərciyi, “Nur” Uşaq Evindən çağırış qeydə alınıb: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2024-cü il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb”.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












