Vəkillər Kollegiyasından qovulan vəkil həbs edildi - FOTO

2022-2025-ci illərdə Vəkillər Kollegiyasının üzvü olmuş İbrahim Hüseynov həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 38 yaşlı keçmiş vəkil Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunub.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il həbs cəzasına məhkum edilib.
Araşdırmalarla müəyyən olunub ki, İbrahim Hüseynov 2024-cü ildə həbs edilmiş vətəndaşın ailə üzvlərindən həmin şəxsin azadlığa buraxılması müqabilində 44 min manat pul alıb. Lakin İ.Hüseynov verdiyi vədə əməl etməyib. O, narkotik ittihamı ilə tutulan F.Şahbazov adlı şəxsi azadlığa çıxara bilməyib. Bundan sonra həmin şəxsin ailə üzvləri polisə müraciət ediblər. İstintaq müddətində İbrahim Hüseynov aldığı pulun 18 min manatını geri qaytarsa da, böyük hissəsini verməyib.
Qeyd edək ki, İ.Hüseynov “Güvən” vəkil bürosunun vəkili kimi işləyib. Vəkillər Kollegiyasının Mətbuat xidmətindən saytımıza bildirilib ki, həmin şəxs Rəyasət Heyətinin 25.11.2025-ci il tarixli qərarı ilə Kollegiya üzvlüyündən xaric edilib.

Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












