Vergi qalmaqalı ilə gündəmə gələn "Okean Avtosalon"da yeni cinayət işi

Bakıda milyonlarla manatlıq vergi pozuntuları ilə gündəmə gələn "Okean Avtosalon”un hüquqşünası həbs edilib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1984-cü il təvəllüdlü, Şəmkir rayonunun Seyfəli kənd sakini Məmməd Bayramov barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq — etibarın sui-istifadəsi ilə) və 178.2.3 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.
Araşdırmalar zamanı məlum olub ki, Məmməd Bayramov 2024-cü il iyunun 1-də "Okean Avto 2011” MMC-yə hüquqşünas vəzifəsinə qəbul olunub. İşə başlamazdan əvvəl mərc oyunlarına aludə olduğuna və uduzduğuna görə xeyli borcu yaranıb. O, borclarını ödəmək məqsədilə şirkətə məxsus avtomobil satışlarından əldə olunan pulların bir qismini götürərək mərc oyunlarında istifadə edib. Lakin həmin vəsaiti də uduzub.
Bundan başqa, o, MMC-yə kredit borcu olan bir neçə şəxsdən - Rasim adlı şəxsdən 5.000 manat, D.J.-dan 2.200 manat, Fəqan Məmmədovdan 6.784 manat, H.H.-dan 3.351 manat, digər şəxsdən 3.200 manat, Orxan İsmayılovdan 2.950 manat və D.O.-dan 1.550 manat alaraq, şirkətə təhvil verməyib və şəxsi ehtiyaclarına xərcləyib.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Şöbəsinin arayışına əsasən, təqsirləndirilən şəxs əmək qabiliyyəti olmayan və III qrup əlildir.
Məhkəmənin hökmü ilə Məmməd Bayramov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu müddətdə elektron qolbaqla nəzarətdə saxlanılacaq və əlavə olaraq 1 il 6 ay müddətinə rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Okean Avtosalon”da keçirdiyi səyyar yoxlamalar nəticəsində də külli miqdarda vergi pozuntuları aşkar edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












