Vitse-prezidentin kortejinə mərmi qəlpəsi dəydi - FOTO

Kaliforniyada dəniz piyadalarının təlimi zamanı mərmi partlayıb.
Avtosfer.az “The Daily Beast” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin kortejinin mühafizəçisi yaralanıb.
Belə ki, Kemp-Pendlton hərbi bazasında dəniz piyadalarının 250 illiyi münasibətilə keçirilən atışlar zamanı “M777” haubitsa topundan atılan 155 millimetrlik mərmilərdən biri Los-Anceles-San-Dieqo magistral yolunun üzərində vaxtından əvvəl partlayıb.
Qəlpələr vitse-prezidentin mühafizə kortejindəki motosikleti və yol patrul avtomobilini zədələyib.
“İşlək avtomobil yollarının üzərindən döyüş atışlarının həyata keçirilməsi son dərəcə nadir hallarda rast gəlinir”, - yol patrul rəisi Toni Koronado bildirib.
Baş verənləri şəxsən izləyən Vens bu nümayişin “korpusun gücünün və məğlubedilməz ruhunun sübutu” olduğunu söyləyib.
Demokratlar Partiyasının nümayəndələri isə hadisəni tənqid ediblər. Kaliforniya qubernatoru Qevin Nyusom atışları “gücün absurd nümayişi” adlandırıb.
“Donald Tramp və Ceyms Devid Vens şou naminə insanların həyatını riskə atır”, - o, “X” hesabında yazıb.
Qeyd edək ki, tədbirdən əvvəl yolun bir hissəsinin müvəqqəti olaraq bağlanması sürücülərin narazılığına səbəb olmuşdu. Təlimlər zamanı artilleriya atəşləri, paraşütçülərin nümunəvi tullanışları, “F-35” qırıcılarının uçuşu və “dəniz pişikləri” bölmələrinin sahilə çıxması nümayiş etdirilib.

Azərbaycanda dəhşətli hadisə: İki nəfər minaya düşdü
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO












