“Volkswagen” kanala aşdı - FOTO - YENİLƏNİB

Sumqayıt şəhərində avtomobilin kanala aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə "Qurd dərəsi" bağlar massivi ərazisində qeydə alınıb.
Oxu.az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
BDYPİ-nin məlumatında qeyd olunub ki, hadisənin baş verməsinə səbəb sürücünün sükan arxasına sərxoş oturması olub:
"Gecə saat 1:30-da Rövşən Əkbər oğlu Hüseynovun sürdüyü 90-XE-869 dövlət nömrə nişanlı "Volkswagen Jetta" avtomobili idarəetmədən çıxaraq kanala aşıb. Əraziyə dərhal polis əməkdaşları cəlb olunublar.
Hadisə nəticəsində sürücü xəsarət almayıb. Nəqliyyat vasitəsi yararsız hala düşüb".
"Təəssüflə qeyd edirik ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülərin qaydalara biganə yanaşması sonda bu cür hadisələrin baş verməsinə gətirib çıxarır. Nəqliyyat vasitəsinin sərxoş halda idarə olunması sürücünün özünün, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə və kobud qayda pozuntusudur.
Sürücülər bilməlidirlər ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdikləri zaman özlərinin və digər şəxslərin həyatlarına son qoya bilərlər. Sürücülərə tövsiyə edirik ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər", - deyə məlumatda vurğulanıb.
***09:18
Sumqayıt şəhərində avtomobilin kanala aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə Samur-Abşeron kanalının Qurd dərəsi yaşayış massivindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Volkswagen” markalı minik avtomobili idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.
Əraziyə dərhal polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Qusarda ƏMƏLİYYAT: Kəsici alətlə ictimai qaydaları pozan şəxs SAXLANILDI
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu










