Xameneinin dəfn olunduğu yerə hücum edildi - Ölənlər və yaralananlar var

İranın Məşhəd şəhərində azı üç silahlı şəxs İmam Rza ziyarətgahının yaxınlığındakı təhlükəsizlik məntəqəsinə hücum edib.
Avtosfer.az xəbər verir ki, “Kalaşnikov” avtomatları ilə silahlandığı ehtimal edilən hücumçular atəş açaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və “Bəsic” qüvvələrinin üzvlərini hədəf alıblar.
İlkin məlumatlarda hücum nəticəsində iki SEPAH və “Bəsic” üzvünün öldüyü, azı beş nəfərin yaralandığı qeyd olunur. Hücumdan sonra silahlı şəxslərin hadisə yerindən qaçdığı bildirilir.
Xorasan-Rəzəvi vilayətinin təhlükəsizlik üzrə qubernator müavini Əmirullah Şamqədri Məşhədin Sərəfrazan bulvarı ərazisində atışma baş verdiyini və iki nəfərin öldüyünü təsdiqləyib.
İRNA agentliyinə açıqlama verən Şamqədri hadisənin səbəblərinin və ölənlərin kimliyinin hələ müəyyən edilmədiyini bildirib
Qeyd edək ki, Sərəfrazan bulvarı Məşhədin qərbində yerləşir və mərhum Ali Lider Əli Xameneinin dəfn edildiyi İmam Rza ziyarətgahından təxminən 17 kilometr uzaqlıqda yerləşir.
Hələlik heç bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir./nocomment
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












