Xankəndidə partlayış - Ölən var - FOTOLAR

Xankəndi şəhərində yaşayış binasında partlayış baş verib.
Avtosfer.az yeni.sabah-a istinadən xəbər verir ki, hadisə nəticəsində Laçın rayon Şəlvə kənd sakini, 1980-ci il təvəllüdlü Hüseynov İsgəndər Hüseynalı oğlu ağır yanıq xəsarətləri alıb.
O, Bakıya təxliyə edilib və 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib (təmirlə əlaqədar bu xəstəxana Buzovnadakı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb).
İ.Hüseynov burada 3 gün müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun qardaşı Qələndər Həsənov “Yeni Sabah”a bildirib ki, hadisəyə partlayıcının işə düşməsi səbəb olub:
“Qardaşım “Azinvest İnşaat” QSC-nin Xankəndidə həyata keçirdiyi tikinti sahəsində mühafizəçi işləyirdi. Həmin şirkətin fəhləsi Əliyev Rəşad Çingiz oğlu ilə bir mənzildə kirayədə qalırdılar. Rəşad şəhərdə raketin partlayıcı hissəsini tapıb, evə gətirib və onu kəsib-doğrayan zaman əlində alışıb. İsgəndər həmin vaxt yatırmış. Rəşad alışmış partlayıcını yerə atıb və qardaşımı köməksiz vəziyyətdə qoyaraq qaçıb. Həmin vaxt mənzilin qapısı bağlı olub. Lakin niyə bağlı olduğu bizə də məlum deyil. Bunların yaşadığı mənzil binanın ikinci mərtəbəsində yerləşir. Qardaşım pəncərəni qırıb kömək istəyəndə bizim qohumlardan biri görüb və məlumat verib ki, filankəs kömək istəyir. Yalnız bundan sonra İsgəndəri mənzildən çıxarmaq mümkün olub”.
Q.Həsənovun sözlərinə görə, həmin axşam qardaşını Bakıya gətiriblər, bədənin böyük hissəsinin yanığı ilə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə aparıblar: “Həkimlər dedilər ki, bədənin 85 faizi yanıb. Həmin vaxt İsgəndər hələ danışa bilirdi. O deyirdi ki, partlayış oldu, amma necə baş verdiyini bilmirəm. Üç gün sonra xəstəxanada vəfat etdi.
O deyib ki, hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi başlanılıb:
“Qardaşım keçmiş polis əməkdaşı olub. 14 il çalışdıqdan sonra ailə vəziyyətinə görə işdən çıxıb. Daha sonra “Azinvest İnşaat” QSC-də mühafizəçi işləyirdi. Hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi açılıb. Aldığımız məlumata görə, hadisəni törədən Çingiz Əliyev hələlik buraxılıb. Hadisə zamanı ardaşımın işlədiyi “Azinvest İnşaat” şirkətinin bir neçə nümayəndəsi gəldi. Amma nə hadisəni törədən Rəşadın bir qohumu ortaya çıxdı, nə də şirkətin rəhbərliyi gəlib yasımızda iştirak etdi”.
Qeyd edək ki, mərhum ailəli idi, iki azyaşlı qız övladı var.
Xatırladaq ki, “Azinvest İnşaat” QSC keçmiş gənclər və idman naziri, mərhum Azad Rəhimovun bacısı oğlu Teymur Teymurova məxsusdur.

Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO










