Xəstə uşağı evə göndərərək ölümünə səbəb olan həkim CƏZALANDIRILDI

Kürdəmirdə qızılcaya yoluxmuş uşağın ölümünə görə barəsində cinayət işi açılmış həkimə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-ölümlə nəticələndikdə) maddəsi ilə ittiham edilib.
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 48 yaşlı həkimə 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib. E.Musayev bu cəzadan sonra 2 il 6 ay müddətə həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan da məhrum edilib.
Qeyd edək ki, 4 yaşlı Rüfət Qəribli qızılca diaqnozu ilə iki dəfə xəstəxanaya aparılsa da, həkim onda ağırlaşma olmadığını bildirərək ambulator müalicəyə yazıbmış. Daha sonra evdə halı pisləşən uşaq ailəsi tərəfindən xəstəxanaya aparılsa da, yolda vəfat edib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












