“Xəstələndiyini məhz hospitalda öyrəndik, ağır vəziyyətdə idi” - Əsgər atası

Hərbi Prokurorluqda Azərbaycan Ordusunun 21 yaşlı əsgəri Əli Cəfərovun ölümü ilə bağlı araşdırmalar davam edir.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə mərhum əsgərin atası, Gəncə Dövlət Dram Teatrının rəssamı Vahab Cəfərov bildirib.
O qeyd edib ki, oğlunun xəstə olduğunu ailə son ana qədər bilməyib: “Bizə oğlumun xəstə olduğu barədə məlumat veriləndən sonra hospitala getdik. Xəstələndiyini də məhz orada öyrəndik. Oğlumu yalnız kənardan göstərdilər. Ağır vəziyyətdə idi. Dörd gün sonra isə onu itirdik. Təəssüf ki, həmin vaxt Əli ilə danışa bilmədim”.
Məlumata görə, Əli Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinin məzunu olub. O, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçirmiş. 5 ay əvvəl hərbi xidmətə çağırılan gənc əsgər dekabrın 15-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında pnevmoniyadan vəfat edib. Əlinin nəşi dekabrın 17-də Gəncəyə gətirilərək torpağa tapşırılıb. Atasının sözlərinə görə, ailə oğlunu sonuncu dəfə məhz hospitalda görüb, lakin onun vəziyyəti kritik olduğundan ünsiyyət qurmaq mümkün olmayıb.
Hərbi Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlik səbəbindən müalicə aldığı hospitalda vəfat etməsi faktı üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri həyata keçirilir.
“Ölümün səbəbinin dəqiq müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib. Faktla bağlı araşdırma hazırda davam etdirilir”, - deyə, məlumatda qeyd olunub.
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO












