Yanacaq daşıyan xarici tankeri ələ keçirilib

İran Oman dənizində yanacaq qaçaqmalçılığı ittihamı ilə xarici tankeri ələ keçirib. Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Mizan Online” hüquq saytına müsahibə verən Hörmüzqan əyalətinin cənubundakı rayonun ədliyyə rəhbəri Müctəba Qəhrəmani bildirib ki, həmin gəmi “yükü ilə bağlı hüquqi sənədlərin natamam olduğu aşkar edildikdən sonra ələ keçirilib”. O əlavə edib ki, tankerin iki milyon litr qaçaqmal yanacağı daşıdığı bildirilir. Tankerdə həbs olunanlar barədə açıqlama verən Qəhrəmani deyib ki, xarici tankerin kapitanı və ekipajı da daxil olmaqla 17 şübhəli şəxs nəzarətə götürülüb. Onun sözlərinə görə, səlahiyyətlilər yükün təyinatını və qanunauyğunluğunu yoxlamaq üçün laboratoriya sınaqları keçirir, habelə müvafiq sənədləri yoxlayırlar. Müsadirə İranın Körfəzdə 1,5 milyon litr dizel daşıdığı iddia edilən Tanzaniya bayraqlı iki tankeri ələ keçirməsindən aylar sonraya təsadüf edir. Həmin gəmilər daha sonra məhkəmə prosesi üçün Buşehr limanına təhvil verilib. İran mətbuatının məlumatına görə, “Sea Ranger” və “Salama” adlı gəmilərdə 25 əcnəbi ekipaj üzvü olub. Yanacaq qaçaqmalçılığı İranda aktual problemdir, buradakı ağır subsidiyalar daxili yanacaq qiymətlərini dünyada ən aşağı səviyyədə saxlayır və əcnəbi qaçaqmalçılar üçün yaxşı gəlir mənbəyinə çevrilir.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












