Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi - YENİLƏNİB

Noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
***10:53
Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib.
İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasında işləyirmiş və fermanın gözətçi otağında baş vermiş yanğın səbəbindən yanaraq ölüblər.
Hadisə ilə bağlı digər versiyalar da araşdırılır və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












