Yasamalda 15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı - VİDEO

Bakının Yasamal rayonunda baş vermiş qətl hadisəsinin detalları məlum olub. Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Abbas Mirzə Şərifzadə küçəsi, 52 nömrəli məktəbin yaxınlığında yerləşən beşmərtəbəli binanın həyətində qeydə alınıb. Məlumata görə, 14 yaşlı yeniyetmə mübahisə zamanı 15 yaşlı tanışına bıçaqla xəsarət yetirib. Sakinlərin sözlərinə görə, hadisə yeniyetmələr zarafatlaşarkən baş verib. Belə ki, zərbə yeniyetmənin şah damarına tuş gəlib. Yaralı xəstəxanaya çatdırılıb, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












