Yasamalda sürücüləri əyilərək keçməyə məcbur edən ağac budandı - FOTO+VİDEO

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Avtosfer.az-a bildirildi ki, sözügedən ağacın bəzi budaqları müraciət əsasında budandı, lakin sərt budanma onun bioloji inkişafına zərər yetirə bilər. Ağacın kəsilməsi isə yalnız aidiyyətı dövlət qurumunun müvafiq rəyi əsasında həyata keçirilə bilər.
*** 15:00
Paytaxtın Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində yol kənarında yerləşən ağacın sürücülər üçün təhlükə yaratdığı bildirilir.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı sürücülərdən biri sosial şəbəkədə videogörüntülər paylaşıb. Belə ki, yol kənarındakı ağacın budaqları hərəkət hissəsinə doğru əyilib. Nəticədə ərazidən keçən sürücülərin çətinlik yaşayırlar.
Xüsusilə motosiklet və moped idarə edən şəxslər üçün bu mənzərə bu vəziyyət təhlükə yaradır. Kadrlardan göründüyü kimi, ərazidən keçən motosikletçi ağacın budaqlarına toxunmamaq üçün başını aşağı əyərək hərəkət etməyə məcbur qalıb.
Sürücü aidiyyəti qurumları sözügedən problemlə bağlı tədbir görməyə çağırıb.
Nərmin

"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB













