Yaşıl işıqda keçiddən keçən vecsiz piyada sürücülərə təhlükə yaratdı - VİDEO

Paytaxtın Azadlıq prospekti ilə Hənifə Ələsgərova küçəsinin kəsişməsində qayda pozan piyada görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, piyada hərəkətdə olan maşınlara əhəmiyyət vermədən yolu keçir. Belə ki, o, işıqforla nizamlanan piyada zolağından keçsə də, növbəsini gözləmədən hərəkət edib. Nəticədə piyada həm özünü, həm də “Ford Transit” və “KIA” markalı avtomobillərin sürücülərini təhlükəyə atıb. Xoşbəxtlikdən qəza baş verməyib.
Təəssüflə qeyd edək ki, qaydalara riayət etməyən piyadalar kifayət qədərdir. Piyadaların bir qismi isə keçidlərdən keçərkən sürücülərin istənilən halda onlara verəcəklərini düşünür. Nəticədə maşınlara fikir vermədən yolu keçərək qəza riskinə, ən pis halda qəzaya səbəb olurlar.
Nərmin
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












