Yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir

Avtomobil alqı-satqısı ilə məşğul olan şəxslərə ehtiyatlı olmaq tövsiyə edilir. Sosial şəbəkədə yayılan məlumatlara əsasən, Böyükzadə Nazim adlı şəxs avtomobil kirayəsi ilə bağlı dələduzluq fəaliyyəti ilə məşğul olur.
Avtosfer.az xəbər verir ki, sözügedən şəxs əvvəlcə avtomobil kirayə götürərək, onu dəyərindən aşağı qiymətə metalloma satır və əldə etdiyi pul ilə yoxa çıxır.

Bu şəxsin sabit bir yaşayış ünvanı olmadığı bildirilir. O, müxtəlif ərazilərdə qısa müddətli kirayə evlər tutaraq, orada tanış olduğu insanlardan pul alır, kirayəni ödəmədən isə evdən gecə qaçır. Həmçinin, avtomobil alqı-satqısı ilə əlaqəli səhifələrdə reklam verərək alıcıları aldatmağa çalışır.
Faktla bağlı araşdırmalar başlayıb və iş hazırda məhkəmədədir. Buna görə də, əhalinin bu cür şəxslərə qarşı daha diqqətli olması tövsiyə olunur.
(milli.az)
Bakıda yüksəkrütbəli şəxs güllələnərək ÖLDÜRÜLDÜ
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır











