Yevlax sakini əsgərlikdən qayıdan həmkəndlisini maşınla vurub öldürdü

Yevlaxda sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə piyadanı vurub öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Hidayət Məmmədov 5 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Yevlax rayonunun Ərəş kəndində baş verib. Kənd sakini, 24 yaşlı Hidayət Məmmədov sürücülük vəsiqəsi olmadığı halda atasına məxsus "90-CL-503" dövlət qeydiyyat nişanlı "Mercedes-BENZ" markalı avtomobillə rayon ərazisində olan iş yerinə getmək üçün evdən çıxıb. O, Ərəş kəndi ərazisində hərəkətdə olarkən maqnitofona baxıb və diqqəti yoldan yayınıb. Bu an onun həmkəndlisi, hərbi xidmətdən yeni gələn Ələmdar Soltanov yolu keçmək istəyərkən Heydər onu vurub. O, Ə.Soltanovu xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Gənc oğlan qəzadan 6 gün sonra xəstəxanada dünyasını dəyişib.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












