Yevlaxda FACİƏ: Qızları aclıqdan ölən ailə 850 manat müavinət alırmış

Yevlaxda ailə faciəsi baş verib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, rayonun Aran qəsəbəsindəki evlərdən birində iki nəfərin meyiti tapılıb.
Bildirilib ki, meyiti tapılanlar 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov və onun 2002-ci ildə anadan olmuş qızı Səbinə Bayramovadır.
Məlumata görə, M.Bayramovun həyat yoldaşı son dörd-beş gün evdə olmayıb.
Ata evdə 23 yaşlı fiziki qüsurlu övladı ilə birgə qalıb.
M.Bayramov üç gün öncə ölübmüş. Onun birinci qrup əlil qızı isə evdə tək və köməksiz vəziyyətdə qalaraq aclıqdan dünyasını dəyişib.
Səs gəlmədiyi üçün qonşular Bayramovların evinə baş çəkib və hər iki şəxsin meyiti ilə qarşılaşıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, araşdırmalar davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DSMF-nin İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Rəşad Mehdili Yevlaxda I qrup əlil Bayramova Səbinə Məhəbbət qızının evdə 3 gün tək qalaraq aclıqdan ölməsi barədə məlumatlara münasibət bildirərkən deyib ki, Bayramovlar ailəsi həssas qrupdan olan, sosial müdafiəyə ehtiyacı olan ailə olduğuna görə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən onlara hər ay 850 manat vəsait ödənilirdi.
O vurğulayıb ki, S.Bayramovaya 1-ci qrup əlilliyə görə hər ay 300 manat məbləğində müavinət, 250 manat məbləğində təqaüd ödənilirdi:
"Həmçinin ona qulluq edən atası Bayramov Məhəbbət Əvəz oğluna qulluğa görə 120 manat məbləğində təqaüd verilirdi. Bununla yanaşı Məhəbbət Bayramov 3-cü qrup əlilliyi olan şəxs olduğuna görə ona 180 manat məbləğində müavinət ödənişi də həyata keçirilirdi".
Məlumata görə, M.Bayramov iki dəfə ailəli olub.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












