Yevlaxda YANĞIN: şəhid anası həlak oldu

Yevlaxdakı yanğının təfərrüatı məlum olub.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yanğın Nərgiz Savalan qızı Mikayılovaya məxsus, şəhərin S.Vurğun küçəsi, bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadratmetr olan dörd otaqlı mənzilin 20 kvadratmetr sahəsini əhatə edib. Həmin hissədə evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.
Yanğın nəticəsində mənzilin sahibi ölüb. Yevlax şəhər sakinləri - Yasəmən Mayıl qızı Vahabova və Kamran Mayıl oğlu Mehdiyev xəsarət alıblar.
Yanğın zamanı ölən Nərgiz Savalan qızı Mikayılova Birinci Qarabağ müharibəsinin şəhidi Məhəmmədəli Mayıl oğlu Mehdiyevin anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısı olublar.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Məhəmmədəli Mehdiyev Qarabağda gedən döyüşlərdə 20 yaşında şəhid olub.
***
Yevlaxda yanğın hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində evdə baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, iki nəfər yanıq xəsarətləri alıb.
Xəsarət alanlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Yevlax RMX-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, dekabrın 5-də saat 01:20-də 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO












