Yeyib-içdikdən sonra tanışının maşınını qaçırdı, qəza törətdi - 40 minlik ziyan

Kafedə spirtli içki qəbul etdikdən sonra tanışının avtomobilini qaçıran şəxs həbs edilib.
Avtosfer.az "Qaynarinfo"a istinadla xəbər verir ki, hadisə Ağcabədi şəhərində baş verib.
Belə ki, təqsirləndirilən şəxs tanışı ilə kafedə yeyib-içdikdən sonra ona məxsus "Land Rover" markalı avtomobili sahibinin xəbəri və icazəsi olmadan götürərək idarə edib. Şəhər ərazisində hərəkətdə olarkən o, qarşıda hərəkət edən avtomobillə toqquşub. Nəticədə nəqliyyat vasitəsinə 39 460 manat məbləğində maddi ziyan dəyib.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan müvəqqəti istifadə etmək üçün qanunsuz ələ keçirib. Məhkəmə iclasında o, ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, hadisə zamanı sərxoş vəziyyətdə olub və baş verənlərin bir hissəsini xatırlamır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu da qeyd edib.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl üzərində olan cəza ilə hazırki cəza qismən toplanılıb və müttəhimə 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Həbsdə saxlanıldığı müddət cəzadan çıxıldıqdan sonra onun üzərində qəti olaraq 4 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Nübar qəsəbəsində yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB












