Banner

Yolda işləyən qadın piyada keçidinin yaxınlığından keçərək təhlükə yaratdı - VİDEO

Hadisə 11 Dekabr 2025 16:30 Oxunub 272
Yolda işləyən qadın piyada keçidinin yaxınlığından  keçərək təhlükə yaratdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Heydər Əliyev prospektində qayda pozan piyada avtomobilin kamerasına düşüb.

Ara yola girən “Nissan” mopedlə toqquşdu, kuryer və sərnişin… - ANBAAN VİDEO

Bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə dekabrın 11-də saat 11:16 radələrində qeydə alınıb.

Kadrdan göründüyü kimi, yol işçisi olan qadın yaxınlaşan avtomobilə əhəmiyyət vermədən yolu təyin olunmamış yerdən keçməyə çalışıb. Bunu görən təlimçi siqnal verərək ona xəbərdarlıq edib. Lakin piyada hərəkətinə davam edib. Üstəlik o, ərazidə xidmət göstərən polis maşınlarına məhəl qoymadan qayda pozub. Bir qədər irəlidə isə keçiddən düzgün istifadə edən başqa bir qadın görüntülənib.

Hadisə bir daha göstərir ki, həm piyadalar, həm də sürücülər yol hərəkəti qaydalarına riayət etməli, təhlükəsizliyə önəm verməlidir. Piyadalar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etmək, sürücülərin xəbərdarlıqlarına diqqət etmək yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün əsas şərtdir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh