Ara yola girən “Nissan” mopedlə toqquşdu, kuryer və sərnişin… - ANBAAN VİDEO

Abşeron rayonu Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində qeydə alınmış yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 7-də saat 14:29 radələrində baş verib. Kadrdan görünür ki, “Wolt”un kuryeri idarə etdiyi mopedlə birzolaqlı yolda sağa doğru manevr edərək hərəkət edir. Bu zaman “Nissan” markalı avtomobilin sürücüsü soldan gələn mopedə diqqət yetirmədən ara küçəyə daxil olur. Nəticədə moped avtomobilə çırpılır və toqquşmanın təsirindən həm sürücü, həm də sərnişin yerə yıxılır. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Qanunvericiliyə əsasən, sürücülər dönmə və manevr zamanı iki əsas qaydanı mütləq nəzərə almalıdır:
1. Manevr edən sürücü arxadan, yandan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir;
2. Zolağı və hərəkət istiqamətini dəyişən şəxs digər hərəkət iştirakçılarına təhlükə yaratmamalıdır.
Videoda hər iki tərəfin də ehtiyatsız davranışı aydın görünür: moped sürücüsünün öz zolağında hərəkət etməməsi, avtomobil sürücüsünün isə ara yola daxil olarkən ehtiyatsızlığı qəzanı qaçılmaz edib.
Nərmin
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












