Yola atılan qaz açarı təkəri deşdi; Sürücü və sərnişin son anda qəzadan xilas oldu - VİDEO

Hərəkətinin intensiv olduğu ərazilərdə yola atılan müxtəlif əşyalar və tullantılar sürücülər üçün ciddi təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilir. Bu cür halların vaxtında aradan qaldırılmaması qəza riskini xeyli artırır.
Avtosfer.az xəbər verir ki, belə təhlükəli hadisələrdən biri paytaxtın Pirşağı qəsəbəsi ərazisində baş verib. Zərərçəkən sürücünün sözlərinə görə, naməlum şəxs və ya şəxslər tərəfindən yola atılmış təmir açarı hərəkət zamanı avtomobilin təkərinə girib.
Sürücü bildirib ki, hadisə anında avtomobilin idarəetmədən çıxması təhlükəsi yaranıb və nəqliyyat vasitəsi az qala aşıb. Xoşbəxtlikdən, sürücü sükanı vaxtında idarə edə bilib və qəza baş verməyib.
Hadisədən sonra sürücü avtomobili təhlükəsiz ərazidə saxlayaraq zədələnmiş təkəri dəyişib və yoluna davam edib. O, yollara atılan bu cür metal və sərt əşyaların istənilən an ağır qəzalarla nəticələnə biləcəyini vurğulayıb.
Qeyd edək ki, mütəxəssislər sürücüləri yollarda yad cisimlərlə qarşılaşdıqda daha ehtiyatlı olmağa, aidiyyəti qurumları isə belə halların qarşısının alınması üçün nəzarəti gücləndirməyə çağırırlar.
Eltac Zülfüqaroğlu
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












