"Yoldaşıma stent qoyulandan sonra ürəyi dayandı” - VİDEO

"Appro Hospital”da ürəyinə stent qoyulan 56 yaşlı kişi vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə mərhum Cəmil Qafarovun həyat yoldaşı Zahirə Qafarova danışıb.
Z.Qafarovanın iddiasına görə, ərinin ölümünə səbəb həkim məsuliyyətsizliyi olub:
“Yoldaşımın vəziyyəti yanvarın 15-də evdə qəflətən pisləşdi. Təcili tibbi yardım çağırdıq, onlar müdaxilə etdikdən sonra yoldaşım qismən özünü yaxşı hiss etdi. Sonra yenidən pisləşdiyi üçün bizə yaxın olan “Appro Hospital”a apardıq. Həkimlər dedi ki, “xəstə gizli infarkt keçirib, sabah əməliyyata götürəcəyik”. Əməliyyat olundu, vəziyyəti yaxşılaşdı və palataya köçürüldü”.
Bu əməliyyatdan iki gün sonra kordioloq-cərrah Rafiq Xəlilov xəstəyə ikinci stentin qoyulması üçün təcili əməliyyatın lazım olduğunu deyib: “Əslində həkim mənə demişdi ki, birinci əməliyyatdan ancaq 4 ay sonra yenidən stent qoyula bilər. Stent qoyuldu, həkimlə görüşdük, hər şeyin qaydasında olduğunu bildirdi. Yoldaşım palataya yerləşdirildi. Bir müddət sonra başqa bir həkim məlumat verdi ki, “ürəyi dayanıb, ürək masajı edilir”. Bəlkə də ölmüşdü, bizə gec xəbər verdilər. Ən sonda dedilər ki, “başınız sağ olsun”.
Kardioloq-cərrah Rafiq Xəlilov bildirib ki, xəstə ürəyin kəskin koronar sindromu diaqnozu ilə xəstəxanaya yerləşdirilib: “Damarı açıb stent yerləşdirdik. Amma xəstənin ümumi vəziyyəti də ağır idi. Digər damarlarda 70-80 faiz darlıqlar var idi. Lakin iki gün sonra vəziyyəti yenə də pisləşdi. Ailə ilə razılaşdıq. Bildirdik ki, bizim qoyduğumuz stentin tutulma ehtimalı var. Buna görə də ikinci dəfə əməliyyata aldıq. Lakin bu dəfə bütün səylərimizə baxmayaraq xəstənin ürəyi dayandı”.
“Appro Hospital”dan isə cavab olaraq bildirilib ki, ölümün dəqiq səbəbləri məhkəmə tibbi ekpertiza tərəfindən araşdırılır.
Daha ətraflı videomaterialda:
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO











