Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO

Paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində qayda pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 24-də saat 07:34 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, orta yaşlı qadın hərəkətdə olan nəqliyyat vasitələrinə əhəmiyyət vermədən yolun hərəkət hissəsi ilə gedir. O, yaxınlaşmaqda olan avtomobili də nəzərə almadan bir müddət yolun ortasında irəliləyir. Daha sonra piyada yolun sol tərəfinə keçmək istəyərkən hərəkət istiqamətinə diqqət yetirərək yolu keçməyə çalışır. Qayda pozan qadından fərqli olaraq biraz irəlidə digər piyadaların yolu nizamlanan keçiddən istifadə edərək keçdikləri də videoda aydın şəkildə görünür.
Qeyd edək ki, piyadaların yolun hərəkət hissəsində müəyyən edilmiş qaydalara zidd hərəkət etməsi həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Yol hərəkəti qaydalarına əsasən, piyadalar yolu yalnız müəyyən edilmiş və təhlükəsiz keçidlərdən istifadə etməklə keçməlidirlər.
Nərmin
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












