Zaqatalada daha bir yeni doğulan körpə ÖLDÜ

Zaqatalada yeni doğulan körpə ölümü baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, yanvarın 7-si Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə müraciət edib.
X. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Körpə doğuşdan bir qədər sonra ölüb.
Xanım Didiyevanın yaxınlarının məlumatına görə, bu onun üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl o, Zaqatala RMX-də müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.
Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Xatırladaq ki, ötən il də Zaqatalada bir neçə körpə ölümü faktı qeydə alınıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












