1 560 taksi sürücüsü imtahan qeydiyyatından keçdi

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün aprelin 24-də imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün 1560 nəfər qeydiyyatdan keçib.
DİM-dən Avtosfer.az-a verilən məlumata görə, imtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 104 nəzarətçi və 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə Regional Bölməsində saat 11:00 və 15:00 olmaqla, iki növbədə keçiriləcək və bir saat davam edəcək.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir












