143-lə radara düşən sürücünün cəriməsini başqasına göndərdilər - FOTO

10 TL 832 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün ünvanına MMX radar məktubu gəlib. Məktubu açan sürücü şoka düşüb. Heç vaxt 110-dan yuxarı sürət tanımayan sürücünün 120-lik yolda 143 km/saat sürətlə (cəriməsi 50 manat, 2 baldır) radara düşdüyü bildirilib. Lakin az sonra məlum olub ki, əslində, radara düşən başqa şəxsdir, yol polisi MMX protokolu yanlış ünvana göndərib.
Avtosfer.az-ın məlumatına görə, fotodan da göründüyü kimi, əslində, qaydanı pozan avtomobilinğ nömrə nişanı 90 TL 832-dir. Yol polisi isə elektron protokolu çap edərkən səhvən 10 TL 832 yazılıb. Üstəlik, fotoda avtomobilin modeli başqa olsa da, yenə də MMX protokolda səhvən «Hyundai Tucson» yazılıb. Beləliklə də, qayda pozan avtomobilin nömrəsi 90 TL 832 olduğu halda, yol polisi cəriməni 10 TL 832-yə göndərib.
Avtosfer.az bildirir ki, belə hallar ilk dəfə deyil baş verir. Bu cür vəziyyətlə üzləşən sürücülər həmin protokolla birlikdə qeydiyyatda olduqları rayon üzrə Dövlət Yol Polisi Şöbəsinə müraciət edərək məsələni həll edə bilərlər.
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













