165 saylı marşrutlar belə avtoxuliqanlıq etdi – VİDEO

Bakıda marşrut avtobuslarının qanunsuz hərəkətləri ilə bağlı mətbuatda kifayət qədər yazılıb və videogörüntülər yayımlanıb. Əməkdaşımız iki 165 saylı marşrutun yol hərəkəti qaydalarını kobud pozması və insanların həyatına təhlükə yaratması vəziyyətini lentə alıb. 165 saylı 10-TG-687 dövlət nömrə nişanlı marşrut avtobusu eyni istiqamətdə hərəkət edən digər 165 saylı marşrutun qrafikinə müdaxilə etməsi hər iki avtobusun sərt ötmə əməliyyatı aparmasına və yol hərəkəti qaydalarını kobud pozmasına səbəb olub. Qəza şəraiti marşrutların 18 iyul 2016-cı il tarixdə, axşam saat 21:00 radələrində 20 Yanvar metro stansiyasının yanından İnşaatçılar stansiyası istiqamətində hərəkət edərkən yaranıb. Mövcud vəziyyət sərnişinlər tərəfindən narazılıqla qarşılanıb.Vətəndaşlar belə halların mütəmmadi şəkildə baş verdiyini bildiriblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda 171 saylı marşrut qəza törədib və nəticədə 21 sərnişin ağır yaralanıb.
Avtosfer.az unikal.org-a istinadən həmin görüntüləri təqdim edir:
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












