180-dan o yana gedə bilməyən maşını 230-la radara saldılar - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yeni-yeni icadları artıq «göz çıxarmağa» başlayıb. Üstəlik, bu qurumun müəyyən etdiyi sürət hədlərinə baxan avtomobil istehsalçısı olan zavodların mühəndisləri belə ağzı açıq qalaraq, şoka düşürlər.
Jam.az xəbər verir ki, Bakı və ölkənin əsas magistral yollarında quraşdırılmış radarların əsas missiyası sürət həddini aşan avtomobilləri müəyyən etməkdir. Təbii ki, bu bütün dünya ölkələrində var və təqdir ediləsi haldır. Çünki bu radar-kameralar yolların təhlükəsizliyini təmin etməklə yanaşı, yol hərəkət qaydalarını pozan sürücüləri cəzalandırmağa və onları daha məsuliyyətli olmağa vadar edir.
Düzdür, bəzi məsuliyyətsiz sürücülər radarlara da əhəmiyyət vermədən, sürət həddlərini aşaraq, ciddi təhlükə yaratmaqla yanaşı, həm də qaydaları pozurlar. Amma BDYPİ-nin yeni «icad»ları fonunda diqqəti çəkən hallar isə az qala bütün dünyanı heyrətə salmaqdadır.
Hadisə vaqe olur 03.04.2014-cü ildə. 55 BJ 021 dövlət nömrə nişanlı «VAZ 21043» markalı avtomobil magistral yolla hərəkət edərkən sürət həddini aşır və kameralara yaxalanır. Sonradan BDYPİ tərəfindən həmin sürücünün ünvanına aşağıdakı məzmunda məktub göndərilir: «Ərazidəki sürət limiti 100 km/saat. Faktiki sürət 230 km/saat».
Qeyd edək ki, «VAZ» avtomibillərinin son sürət həddi 180 km/saatdır. İstehsalçı zavod əgər bilsə ki, BDYPİ-nin radarlarında bu maşınlar 230 km/saat-la hərəkət edir, şoka düşərlər. Bəlkə də, zavodun mühəndislərinə «Rusiyanın Milli Qəhrəmanı» medalı da verərlər. Çünki bu avtomobil istehsalı tarixində olmayan bir şeydir.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ











