Abşeronda ölümünə susamış sürücüyə baxın – Qəzaya belələri səbəb olur - VİDEO

Mayın 8-də, saat 17.05 radələrində Saray qəsəbəsində «BMW» markalı, 99 EH 784 dövlət nömrə nişanlı avtomobilin sürücüsü kobud qaydasına yol verərək digər sürücülərə təhlükəli vəziyyət yaradıb. Onun bu hərəkəti digər avtomobillərdən birindəki videoqeydiyyat cihazı vasitəsilə qeydə alınıb. Görüntüləri Avtosfer.az-a göndərən oxucu bildirib ki, «BMW»nin sürücüsünün bu hərəkəti nəticəsində ağır yol qəzası baş verə bilərdi.
Videodan da göründüyü kimi, «BMW»nin sürücüsü yolun əks tərəfi ilə yaxınlaşmaqda olan nəqliyyat vasitəsini gördüyü halda ötmə əməliyyatı aparır və onun yoluna çıxır. Ötmə əməliyyatını başa çatdıra bilmədiyi üçün qarşıdan gedən avtomobillə əks istiqamətdən hərəkət edən avtomobilin ortasından keçir və qəzadan sadəcə möcuzə nəticəsindən xilas ola bilir. Maraqlıdır ki, sürücü bu cür təhlükəli vəziyyətdə də əyləci basıb sürəti azaltmır…
Yeri gəlmişkən, Azərbaycanda baş verən yol qəzalarının statistikasına görə, hadisələrin 30 faizdən çoxu məhz ötmə-manevr qaydalarının pozulması nəticəsində baş verir. Bir qədər də dəqiqləşdirsək deyə bilərik ki, qəzalara bu «BMW»nin sürücüsü kimi qayda pozanlar səbəb olur.
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












