Ağadadaş Ağayev yarım milyonluq iddiasını geri çəkdi

Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı mülki iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az Report-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyi barədə hakimə məlumat verilib.
Bildirilib ki, notariusda barışıq əldə olunub və tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.
Daha sonra məhkəmə iddiadan imtina edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, ötən ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Ağadadaş Ağayev "Medera Hospital"ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, "Medera Hospital"ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
Qeyd olunan insident üzrə başlanmış cinayət işinə də Binəqədi Rayon Məhkəməsində baxılıb.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












