AHİK-dən əməkdaşlarının işdən çıxarılması ilə bağlı rəsmi açıqlama

Son günlər bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bir neçə əməkdaşın işdən azad olunması ilə bağlı həqiqətə uyğun olmayan və əsassız məlumatlar yayılıb.
Məsələ ilə bağlı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Avtosfer.az-a açıqlama verib.
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq bildiririk ki, fəaliyyətimizə və işgüzar nüfuzumuza xələl gətirən bu cür yanlış və ictimaiyyəti çaşdıran məlumatların yayılması qəbuledilməzdir və jurnalistika etikasına sığmır. Media subyektlərini dərc etməzdən əvvəl xəbəri rəsmi mənbələrdən dəqiqləşdirməyə, peşə etikasına riayət etməyə və qüvvədə olan media qanunvericiliyinin tələblərinə əməl etməyə çağırırıq.
AHİK ilə bağlı bu yanlış və əsassız məlumatı yayımlayan media orqanlarından təkzib vermələrini və gələcək fəaliyyətlərində daha diqqətli olmalarını xahiş edirik", - açıqlamada qeyd olunub.
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT












