Banner

Almaniyada vağzallarda alkoqol qadağasını pozan 5 minə yaxın şəxs aşkarlandı

Xəbərlər 26 Oktyabr 2026 17:09
Almaniyada vağzallarda alkoqol qadağasını pozan 5 minə yaxın şəxs aşkarlandı
WhatsApp kanalımıza abunə olun

Almaniyada dəmir yolu vağzallarında spirtli içkilərin qəbuluna qoyulan qadağanın ilk yeddi günü ərzində təxminən 5 000 qayda pozuntusu qeydə alınıb.

Avtosfer.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniyanın "Deutsche Bahn" (DB) dəmir yolu konserninin əməkdaşları vağzallarda əlində pivə şüşəsi, şərab qədəhi və ya digər spirtli içki qabı olan şəxslərə şifahi xəbərdarlıq ediblər. Xəbərdarlıqlara məhəl qoymayan sərnişinlər vağzal ərazisindən çıxarılıblar.

DB-nin sərnişindaşıma bölməsinin rəhbəri Evelin Pallanın sözlərinə görə, təhlükəsizlik xidmətinin minlərlə əməkdaşı növbəyə cəlb olunub. Bəzi hallarda şəxslərə vağzallara girişini qadağan edən qərarlar da verilib.

"Deutsche Bahn"ın keçirdiyi sorğunun nəticələrinə əsasən, müştərilərin təxminən 80 faizi qadağanın tətbiqini dəstəkləyir.

Oktyabrın 15-də "Deutsche Bahn"ın Almaniyanın bütün dəmir yolu vağzallarında spirtli içkilərin qəbulunu tamamilə qadağan etdiyi bildirilmişdi.

Qadağanın tətbiqinə bu yay Offenburq və Karlsrue şəhərləri arasındakı dəmir yolu xəttində baş vermiş hadisə səbəb olub. Biletləri yoxlayarkən təhlükəsizlik xidmətinin 26 yaşlı əməkdaşına sərxoş sərnişin hücum edib. Nəticədə əməkdaş hərəkətdə olan qatardan düşüb.

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh