ASCO-nun yükdaşıma göstəricilərində yanvarda artım qeydə alınıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri ilə bu ilin yanvar ayı üzrə yükdaşıma göstəricilərində artım qeydə alınıb.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, statistika ötən ilin eyni dövrü ilə müqayisədə bütün seqmentlərdə yüksəlişi nümayiş etdirir.
Bu ilin ilk ayında ən böyük artım quru yük daşımalarında qeydə alınıb. 2024-cü ilin yanvarında 60 196 ton quru yük daşınmışdısa, bu göstərici 2025-ci ilin eyni ayında 180 506 tona yüksəlib, yəni 3 dəfə artım baş verib.
Tanker daşımalarında da müsbət dinamika müşahidə olunub. Ötən ilin yanvarında 328 533 ton yük daşınmışdısa, cari ilin eyni dövründə bu rəqəm 359 362 tona çatıb ki, bu da illik müqayisədə 9,4% artıma bərabərdir.
Vaqon daşımalarında isə 2,76 %-lik artım baş verib. 2024-cü ilin yanvarında 2 688 vaqon, 2025-ci ilin eyni ayında 2 762 vaqon daşınıb.
Yanvarda TIR daşımalarında da nəzərəçarpacaq artım qeydə alınıb. 2024-cü ilin ilk ayında 2 980 TIR daşınmışdısa, 2025-ci ilin yanvarında bu rəqəm 4 139-a çatıb ki, nəticədə 38,9 %-lik artım qeydə alınıb.
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU












