Avtobus sürücüləri sərnişinləri döymək üçün yanlarında qoçu saxlayır – ŞOK

Jurnalist Elşad Paşasoy martın 2-də avtobusda üzləşdiyi biabırçı hadisə ilə bağlı Avtosfer.az-a açıqlama verib. O bildirib ki, avtobus sürücüsünün siqaret çəkməsi artıq adi hal alıb: «Mən də çalışıram üstündən keçim, birtəhər dözüm. Elə bu axşam (dünən-red.) da uşaqları dərsdən götürüb evə gələndə siqaret tüstüsünə dözməyə çalışırdım, uşaqların yanında günahkarcasına. Amma sürücünün artıq neçənci dəfə qəfil əyləci basıb ayaq üstə dayananları bir-birininin üstünə yıxmasına dözə bilmədim. Uşaqlar da ayaq üstə dayandığından az qaldı ki, yıxılsınlar. "Ay siqaret çəkən oğlan, ay sürücü, olar bir az yavaş sürəsən?" demişdim ki, sürücü avtobusu saxlayıb üstümə çımxırdı. Üstəlik, avtobusu saxlayıb bəndənizi günahkar çıxarmağa çalışdı. Demə, yanında iki "qoçu" varmış. Ağız-agıza verdilər. Sürücü "get, bu yolları düzəltdir, sonra məndən normal sürməyi tələb et" deyə bağırır, o birilər də... Qoçulardan biri isə "sən deyəsən evə salamat getmək istəmirsən" deyib açıq təhdid etdi. Uşaqların yanımda olması yolumu kəsdi, bir az da düşündüm ki, bəlkə narkomanı, dəlisi var və baş qoşmadım. Amma belə davam edə bilməz. Bunların ipini yığan tapılmalıdır. Bəlkə avtobuslara kamera quraşdırılsın, bir mərkəzdən nəzarət olunsun. Bir ciddi yoxlayın, görün, bu sərnişinlərin həyatını kimlərə həvalə edibsiniz? Araşdırın, görün sürücülərin yanındakı o qoçular kimlərdir? Mən səbr etdim, başqası dözə bilməzdi. Sonra çox gec ola bilər».
Elşad Paşasoy bildirib ki, hadisə saat 19:00 radələrinde Neapol dairəsi istiqamətində 40 saylı marşrutda baş verib. Avtobusun dövlət nömrə nişanı 832 olub: «İnandırım sizi, indiyədək təəccüb qalmışam ki, o tərbiyəsizlərin hərəkətinə nəcə səbr eləyib susmuşam. Amma məsələyə dövlətin qurumları qarışmalıdır, bunları bir-bir yoxlamadan keçirmək lazımdır, hərtərəfli. Adamın psixikası pozulmuşdu sandım. Deyirəm, siqaret çəkmə, əllərini sükana çırpıb deyir ki, hərəniz bir söz deyirsiniz, "siqaret çəkmə, düz sür, daha nə". Düşəndə dedim, «xətrinə dəymək istəmirdim, sadəcə uşaqlara görə dedim ki, siqaret onlara pis təsir edir, üstəlik, az qaldı yıxılsınlar». Əvəzində qayıtdı ki, "mənim xətrimə heç kəs dəyə bilməz" . İndi təsəvvür edin vəziyyəti.
Bəzən sərnişinlər sakitcə oturub susurlar, elə zənn edirəm ki, siqaret çəkməyən tək mənəm. Amma bir daha əmin oldum ki, adamlar abrından qorxur. Məsələyə dövlət qarışmalıdır, vətəndaşın gücü çatmır. Mən aciz qaldım, etiraf edirəm. Avtobusda 30-40 nəfər var idi, cəmi 1 nəfər mənə dəstək oldu».
Elmin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










