Avtobusdan sallanan sərnişin - VİDEO

Bakıda daha bir avtobusda sərnişindaşıma qaydalarının pozulmasını əks etdirən video yayılıb. Videonu Avtosfer.az-a göndərən oxucu bildirib ki, iki gün əvvəl 56 saylı xətt üzrə hərəkət edən 01 BX 320 dövlət nömrə nişanlı marşrut avtobusu arxa qapısı açıq halda, sərnişin isə qapıdan sallanmış vəziyyətdə hərəkət edib. Bununla da, insanların həyatını təhlükəyə atan avtobus sürücüsü həm də sərnişindaşıma qaydalarını pozub. Paytaxtın Səbail rayonu ərazisində Bayıl bazarından mədənlər istiqamətinə hərəkət edən bu avtobusu eyni yolla hərəkət edən başqa bir avtomobildəki şəxslər lentə alıb. Lakin bu vəziyyətə görə dispeçer sərnişinləri günahkar sayır. Sürücülərdə avtobusların o şəkildə idarə olunmasında günahın məhz sərnişinlərdə olduğunu bildirirlər. Sərnişinlərin məsələyə münasibəti isə birmanlıdır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, agentlik bənzər hallardan xəbərdardır və yaxın vaxtlarda qarşısını almaq üçün yeni ciddi islahatlara başlayacaq.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Emin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













