Avtobusların təhlükəli oyunu – Qəza törədib yolu kəsdilər - VİDEO

Oxucularımızdan biri Bakıda avtobus sürücülərinin təhlükəli hərəkətləri ilə bağlı videonu Avtosfer.az-a göndərib. Təqdim olunan videodan da göründüyü kimi, hadisə aprelin 14-də 1-ci Zabrat yolunda baş verib. 185 saylı marşrut üzrə hərəkət edən 10 TG 548 dövlət nömrə nişanlı avtobus sağ zolaqla getmək əvəzinə qarşıdakı iki avtobusu ötmək üçün sol zolaqla hərəkət edir. Bu zaman sürücü sağa-sola baxmadığı üçün «QAZ-31» markalı avtomobilin üstünə sürür və həmin avtomobilin sürücüsü də qəzadan yayınmaq üçün qoşa xətti keçərək qarşı yola çıxmağa məcbur olur. Bununla ürəyi soyumayan 185-in sürücüsü qarşıdakı digər iki avtobusun önünü kəsmək istəyir. Amma ən sağdakı ağ rəngli avtobusun sürücüsü ona imkan vermir və hərəkət etmək istəyərkən güzgüləri bir-birinə dəyir. Bundan sonra da 185-in sürücüsü «ağıllanmır» və düz yolun ortasında dayanır. Videodan da aydın görünür ki, onun bu yekəbaşlığı ucbatından digər avtomobillər sağdan ötüb keçmək məcburiyyətində qalırlar. Çünki məhz həmin sürücünün hərəkətləri nəticəsində sağdakı avtobus da yerindən tərpənə bilmir və ikinci zolaqda dayanıblar.
İlk növbədə, oxucumuza təşəkkür edirik ki, belə bir hadisəni ictimailəşdirmək qərarına gəlib. Digər tərəfdən, Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin də bu məsələyə operativ reaksiya verərək sürücülərin özbaşınalığına adekvat cavab verəcəyinə ümid edirik…
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












